Bu gün voleybol klublarının avrokuboklarda iştirak üçün müraciətlərinin qəbulunun son günüdü. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası kişi və qadınlar arasında qitə miqyaslı klub turnirlərində çıxış etmək istəyən komandalara istəklərini bildirmək üçün bu günə kimi vaxt qoyub.
Azərbaycan yenə yalnız qadınlardan ibarət klubların mübarizəsində təmsil olunacaq. Artıq 2015/2016 mövsümündə 4 komandamız (Rabitə, Lokomotiv, Azəryol, Azərreyl) avrokubokda iştirakını təsdiqləyib. Lakin bu klublarımızın hansı yarışda mübarizə aparacağını CEV müəyyənləşdirəcək. Onlardan ən azı ikisinin Çempionlar Liqasında qüvvəsini sınayacağı sözsüzdü.
Bu isə o deməkdi ki, yeni ildə də Azərbaycan Super Liqası əvvəlki səviyyəsini qoruyacaq. Çünki yarışda avrokubokların 4 iştirakçısı da mübarizə aparacaq. Təbii ki, bu da Super Liqanın nüfuzu baxımından önəmlidi.