[b]Avrokubokların püşkatma mərasiminin vaxtı açıqlandı[/b]
21.05.2015 - 08:31
[b]Avrokubokların püşkatma mərasiminin vaxtı açıqlandı[/b]

Qadın və kişi voleybolçular arasında CEV və “Çelenc Cup” turnirlərinin püşkatmasının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, səviyyəsinə görə qitənin ikinci və üçüncü dərəcəli klub yarışlarının püşkü iyunun 5-də atılacaq.

 

Mərasim Lüksemburqda baş tutacaq.

 

Bu yarışlarda Azərbaycan 1 və ya 2 komanda ilə təmsil oluna bilər. Əgər Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasında ölkəmizə “wild card” verməsə, “Azəryol”la “Azərreyl” CEV kubokuna qatılacaq.

 

Qeyd edək ki, klublarımızdan “Rabitə” və “Lokomotiv” Çempionlar Liqasında oynayacaq.