[b]Avropa Liqası: Hər iki görüş Bakıda keçiriləcək[/b]
21.06.2016 - 12:50
[b]Avropa Liqası: Hər iki görüş Bakıda keçiriləcək[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasının yarımfinal mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Faiq Qareyevin yetirmələri finala gedən yolda Yunanıstanla hər 2 qarşılaşmanı Bakıda keçirəcək.

 

Belə ki, rəqib artıq ev oyununa da paytaxtımızda çıxmağa razılıq verib. Bu səbəbdən də komandalar ardıcıl 2 gün üz-üzə gələcəklər. İyunun 25-də baş tutacaq qarşılaşmada Yunanıstan nominal ev sahibi olacağı halda, 1 gün sonra qonaq kimi meydana çıxacaq. “Azərreyl” Voleybol Mərkəzində təşkil olunacaq oyunlar saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, digər yarımfinal cütündə Sloveniya və Slovakiya qarşılaşacaq.