Qadın həndbolçular arasında Azərbaycan çempionatı problemlə başlayıb. Apasport.az saytının məlumatına görə, yarış həkimlər və təcili tibbi yardım maşını olmadan start götürüb.
Bunun da nəticəsi özünü çox gözlətməyib. “Azəryol” – “Nur” oyununun ilk dəqiqələrində birincilərin heyətində çıxış edən Yana Qornak ciddi xəsarət alıb. Həkimlərin olmamağı səbəbindən Azərbaycan yığmasının üzvünə ilkin tibbi yardım göstərilməyib.
Nəticədə federasiya rəhbərliyi sonradan təcili yardıma zəng edib. Onlar gələnə qədər ayağından ciddi zədə alan həndbolçunun səsi zalı bürüyüb. Xərək olmadığından, onu komanda yoldaşları meydandan qucaqlarında çıxarıblar.
Təcili yardım işçiləri sonradan gələrək, Qornakı xəstəxanaya aparıblar.
Hal-hazırda davam edən oyunda yenə həkim yoxdu.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq