[b]Azərbaycan çempionatında təxirə salınan oyunların keçirilmə günü dəqiqləşdi[/b]
13.02.2015 - 16:15
[b]Azərbaycan çempionatında təxirə salınan oyunların keçirilmə günü dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının III dövrəsinin təxirə salınan oyunlarının keçirilmə günə və başlama saatı dəqiqləşib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, XII turdan təxirə salınan “Telekom” – “Rabitə” matçı fevralın 21-də təşkil olunacaq.

 

Görüş “Gənclik” Olimpiya İdman Kompleksində keçiriləcək.

 

XI turdan təxirə salınan “Azəryol” – “Lokomotiv” dueli isə fevralın 28-də olacaq. Komandalar Voleybol Mərkəzində güclərini yoxlayacaqlar.

 

Qeyd edək ki, hər 2 qarşılaşma saat 16:00-da başlayacaq.