[b]Azərbaycan çempionu Yaponiyaya üz tutdu[/b] - FOTO
01.08.2015 - 10:09
“Rabitə”nin voleybolçusu Tori Diksonun karyerasını Yaponiyada davam etdirəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, fəaliyyətini dayandıran Bakı təmsilçisinin blokçusu “Toray”la danışıqları müsbət yekunlaşdırıb.
2013-cü ilin dekabrından 2015-ci ilin mayınadək “Rabitə”də oynayan 23 yaşlı amerikalı artıq 1 illik razılaşmaya da imza atıb.
Qeyd edək ki, 2 dəfə Azərbaycan çempionu olan Dikson Bakı klubu ilə Çempionlar Liqasının bürünc medalını da qazanıb.
0
0