[b]Azərbaycan Çexiya, Portuqaliya və Avstriya ilə eyni qrupda![/b]
26.02.2015 - 10:07
[b]Azərbaycan Çexiya, Portuqaliya və Avstriya ilə eyni qrupda![/b]

Çimərlik voleybolu üzrə “Kontinental kuboku”nun III mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan millilərinin də rəqibləri bəlli olub.

 

Lüksemburqda baş tutan mərasimdə ilk 2 mərhələni uğurla adlayan qadın cütlüyümüzün bəxtinə Avstriya, İsveç və Portuqaliya voleybolçuları düşüblər. 34 ən güclü komandanın iştirak etdiyi III mərhələdə təmsilçimiz oyunlarına mayın 1-2-də çıxacaqlar. Cütlüyümüzün yer aldığı A qrupuna ev sahibliyini Avstriya edəcək. Badendə qrupda 2 yerin sahibi mərhələ adlayacaq.

 

Kişilərdən ibarət komandamız isə Çexiya, Portuqaliya və Avstriya ilə A qrupunda gücünü yoxlayacaq. Bu millimizin də qrup oyunları Badendə baş tutacaq. Görüşlər mayın 2-3-nə təsadüf edəcək və qadınların mübarizəsində olduğu kimi 2 ən güclü cütlük növbəti mərhələyə vəsiqə qazanacaq.

 

Qeyd edək ki, yarışa gələn il yekun vurulacaq.