[b]Azərbaycan klublarından ilk rəsmi müqavilə![/b]
21.05.2015 - 08:06
[b]Azərbaycan klublarından ilk rəsmi müqavilə![/b]

2012/2013 mövsümündə “Telekom” klubunun şərəfini qoruyan Xristina Ruseva yenidən doğma komandasına qayıdıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan millisinin 24 yaşlı voleybolçusu yeni mövsümdə də Azərbaycan Super Liqasında oynayacaq.

 

Belə ki, Azərbaycan çempionu icarəyə verdiyi 1-ci zona oyunçusunu geri qaytarıb. “Modena” (İtaliya, 2013/2014) və “Nilüfer” (Türkiyə, 2014/2015) klublarında təcrübə yığan istedadlı Rusevanın müqavilə ilə məxsus olduğu komandaya daha böyük fayda verəcəyi qərara alınıb.

 

Qeyd edək ki, Xristina yığmasının əsas heyət üzvünə çevrilib və millisi ilə Avropa Oyunlarına da qatılacaq.