Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında “Novruz” turnirində növbəti turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, I turda Qazaxıstanın “Kapşaqay” klubuna uduzan Azərbaycan millisi ikinci oyun günündə Özbəkista “Universitet”i ilə qarşılaşıb.
Görüş komandamızın asan qələbəsi ilə yekunlaşıb. Elxan Əliyevin yetirmələri matçı 32 top öndə bitiriblər – 82:50.
II tur
“Universitet” - Azərbaycan - 50:82 (14:19; 19:18; 10:22; 7:23)
“Kaspi” - “Kapşaqay” - 86:60 (27:17; 30:8; 15:18; 14:17)
“Tulpar-SKİF” - Özbəkistan - 73:65 (13:18; 13:16; 24:12; 23:19)
|
1. |
Kaspi |
2 |
2 |
0 |
179-115 |
4 |
|
2. |
Tulpar-SKİF |
2 |
2 |
0 |
144-113 |
4 |
|
3. |
Azərbaycan |
2 |
1 |
1 |
151-130 |
3 |
|
4. |
Kapşaqay |
2 |
1 |
1 |
140-155 |
3 |
|
5. |
Universitet |
2 |
0 |
2 |
98-121 |
2 |
|
6. |
Özbəkistan |
2 |
0 |
2 |
120-166 |
2 |
Qeyd edək ki, komandamız III turda Özbəkistan yığması ilə oynayacaq.