[b]Azərbaycan millisi Özbəkistanla oynayacaq[/b]
17.03.2015 - 10:17
[b]Azərbaycan millisi Özbəkistanla oynayacaq[/b]

Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək kişi basketbolçular arasında “Novruz” turnirinin iştirakçılarının və oyunlarının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, ənənəvi keçirilən yarışda Azərbaycan millisi ilə yanaşı, 5 komanda gücünü yoxlayacaq.

 

Bu komandalar 4 ölkəni təmsil edəcəklər. Yığmamızın rəqibləri Özbəkistan millisi, bu ölkənin “Universitet” (Daşkənd), Qırğızıstanın “Tulpar-SKİF” (Bişkek), Qazaxıstanın “Kapşaqay” (Kapşaqay) və “Kaspi” (Aktau) klubları olacaq.

 

Turnirin açılış matçında Elxan Əliyevin yetirmələri Kapşaqay təmsilçisi ilə oynayacaq.

 

Yarışın təqvimi

 

17 mart

12:00. “Kapşaqay” – Azərbaycan

14:00. “Kaspi” - Özbəkistan

18:00. “Tulpar-SKİF” - “Universitet”

 

18 mart

12:00. “Universitet” - Azərbaycan

14:00. “Kaspi” - “Kapşaqay”

16:00. “Tulpar-SKİF” - Özbəkistan

 

19 mart

12:00. “Kapşaqay” - “Universitet”

14:00. Azərbaycan - Özbəkistan

16:00. “Tulpar-SKİF” - “Kaspi”

 

20 mart

12:00. Azərbaycan - “Kaspi”

14:00. “Universitet” - Özbəkistan

16:00. “Tulpar-SKİF” - “Kapşaqay”

 

21 mart

12:00. Özbəkistan - “Kapşaqay”

14:00. “Universitet” - “Kaspi”

16:00. “Tulpar-SKİF” – Azərbaycan