Sabah qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan Azərbaycan yığması son 3 matçına Fransada çıxacaq.
Renn şəhərində baş tutacaq oyunlarda voleybolçularımızı ciddi sınağın gözlədiyini demək olar. Çünki ilk dövrədə zəif təsir bağışlayan ev sahibləri doğma divarlar arasında bunun əvəzini çıxmağa çalışacaqlar. Həmçinin, artıq rəqiblər millimizin oyununu öyrəndiyindən ciddi müqavimət göstərəcəyi gözləniləndi.
Lakin Faiq Qarayevin yetirmələrinə mərhələ adlamaq üçün IV turda 3 xal da kifayət edəcək. Çünki voleybolçularımız ən yaxın izləyiciləri Monteneqro ilə üz-üzə gələcək və 2 set uduzmayacağı halda, onlarla xal fərqini 7-yə çatdıracaq. Bu səbəbdən də son 2 turun nəticəsindən asılı olmayaraq, komandamız əlçatmaz olacaq. İspaniya və Fransa ilə görüşlərdə isə gənc voleybolçulara şans verib, təcrübələrini artırmaq üçün gözəl şans yaranacaq.
Qeyd edək ki, yığmamız yarımfinala çıxacağı halda, tarixində ilk yaşanacaq. Çünki 2014-cü ildə Avropa Liqasında debüt edən komandamız həmin vaxt qrupda ikinci yeri tutsa da, yarımfinal oyunları keçirilmədiyindən mübarizəni dayandırmışdı.
II dövrə, Fransa
10 iyun
17:00. Monteneqro – Azərbaycan
Hakimlər: Benedikt Qeukes (Almaniya), Raquel Portela (Portuqaliya)
11 iyun
18:00. Azərbaycan – İspaniya
Hakimlər: Paul Herbots (Belçika), Benedikt Qeukes (Almaniya)
12 iyun
21:00. Azərbaycan – Fransa
Hakimlər: Benedikt Qeukes (Almaniya), Paul Herbots (Belçika)
|
1 |
Azərbaycan |
3 |
3 |
0 |
9-1 |
249-196 |
9 |
|
2 |
Monteneqro |
3 |
2 |
1 |
6-5 |
247-224 |
5 |
|
3 |
İspaniya |
3 |
1 |
2 |
4-8 |
224-281 |
2 |
|
4 |
Fransa |
3 |
0 |
3 |
4-9 |
259-278 |
2 |
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq