Qadın voleybolçular arasında CEV kubokunun qalibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Krasnodarın “Dinamo” klubu olub.
Rusiyalılar final mərhələsində Polşa “Atom”unu məğlub ediblər. Belə ki, evdə ilk görüşdə 3:0 (25:18; 25:20; 25:22) hesabı ilə qələbə qazanan “Dinamo” səfərdə 1:3 (24:26; 25:18; 24:26; 22:25) hesabı ilə uduzub. Bu səbəbdən də çempion “Qızıl set”lə müəyyənləşib. Krasnodarlılar həlledici hissəni 15:10 hesabı ilə xeyirlərinə bitiriblər.
Qeyd edək ki, “Dinamo” 1/4 finalda Bakının “Lokomotiv”, 1/2 finalda isə “Rabitə” klubunu mübarizədən kənarlaşdırmışdı.