“Lokomotiv” voleybol klubunun yeni mövsümdə mübarizə aparacağı çətinləşir. Apasport.az saytının məlumatına görə, Super Liqanın bürünc medalçısının sıralarını borc səbəbindən oyunçuların ardınca baş məşqçi Karlo Parisi də tərk edib.
Belə ki, mövsümün gedişində komandanın “sükanı” arxasına gətirilən və çalışdığı müddətdə əmək haqqının az bir hissəsini alan italiyalı mütəxəssis Azərbaycana qayıtmamağa qərar verib. O, artıq yeni mövsümlə bağlı qərarını da verib. Fransanın “Le-Kann” klubu ilə danışıqları müsbət yekunlaşdıran Parisi bu günlərdə rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, baş məşqçidən öncə Brenda Kastillo, Aneta Havlikov, Özgə Kırdar Cemberçi də 800 min dollara yaxın borcu olan Bakı təmsilçisindən getmişdi. Komandanın digər işçiləri və oyunçuları isə özünə yeni iş yeri axtarmaqdadı.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq