[b]Bolqarıstan Azərbaycanla oyun üçün heyətini açıqladı[/b]
25.04.2018 - 12:20
[b]Bolqarıstan Azərbaycanla oyun üçün heyətini açıqladı[/b]

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi İvan Petkov Qızıl Avropa Liqası üçün 18 oyunçuya dəvət göndərib.

 

Mütəxəssis təlim-məşq toplanışının yekununda bu voleybolçulardan 4-dən imtina edəcək.

 

Toppaylayıcılar: Lora Kitipova, Petya Barakova, Kristina Qunçeva;
Blokçular: Nasya Dimitrova, Xristina Ruseva, Mira Todorova, Milena Dimova, Borislava Saykova;
Hücumçular: Mariya Karakaşeva, Dobriana Rabadjiyeva, Qerqana Dimitrova, Miroslava Paskova, Aleksandra Milanova, Silvana Çauşeva, Monika Krsteva, Veselina Qriqorova;
Liberolar: Jana Todorova, Kristiana Petrova.

 

Qeyd edək ki, Bolqarıstan Qızıl Avropa Liqasında Azərbaycan, Portuqaliya və Ukrayna ilə birgə A qrupunda yer alıb. Komandamız bu rəqiblər mayın 26-da səfərdə, həmin ayın 30-da Bakıda üz-üzə gələcək.

0