[b]Çempionlar Liqasında ev sahiblərinin heç biri qələbə qazana bilməyib[/b]
12.02.2015 - 10:24
[b]Çempionlar Liqasında ev sahiblərinin heç biri qələbə qazana bilməyib[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakının “Azəryol” voleybol klubunun da mübarizəni davam etdirdiyi mərhələdə 6 oyun baş tutub.

 

Azərbaycan Super Liqasının gümüş mükafatçısı kimi bütün ev sahibləri məğlubiyyətə üzülüblər. Komandamız İtaliya “Yamamay”ı qarşısında büdrəyib.

 

Maraqlıdı ki, Çempionlar Liqasının son qalibi Kazan “Dinamo”su da “Vakıfbank”ın müqavimətini qıra bilməyib. Digər gözlənilməz hesab isə İtaliyada qeydə alınıb. A seriyasının ən güclüsü Moskva “Dinamo”su ilə dueldən məğlub ayrılıb. 

 

Bu isə o deməkdi ki, fevralın 17-19-da baş tutacaq cavab qarşılaşmaları kifayət qədər gərgin keçəcək.

 

 

Çempionlar Liqası

I pley-off mərhələsi, ilk oyunlar

“Dinamo” (Rusiya, Kazan) - “Vakıfbank” (Türkiyə) - 2:3 (26:24, 21:25, 20:25, 27:25, 7:15)

“Drezdner” (Almaniya) - “Fənərbaxça” (Türkiyə) – 0:3 (23:25, 15:25, 15:25)

“Kann” (Fransa) - “Volero” (İsveçrə) – 2:3 (25:21, 9:25, 25:16, 17:25, 5:15)

“Agel” (Çexiya) - “Əczaçıbaşı” (Türkiyə) - 1:3 (25:18, 15:25, 14:25, 21:25)

“Azəryol” (Azərbaycan) - “Yamamay” (İtaliya) – 1:3 (24:26, 21:25, 25:19, 14:25)

“Pyaçentsa” (İtaliya) - “Dinamo” (Rusiya, Moskva) – 0:3 (27:29, 18:25, 23:25)