Qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan cavab oyunlarından sonra mərhələ adlayan “altılıq” müəyyənləşib.
Azərbaycanın “Azəryol” klubunun da 2 matçın nəticəsinə əsasən mübarizəni dayandırdığı yarışa Çempionlar Liqasının qalibi də əlvida deyib. Maraqlıdı ki, “Vakıfbank” Kazan “Dinamo”suna hər 2 görüşdə qalib gəlməklə, ötən ilki finalın revanşını alıb.
“Vakıfbank”la yanaşı, Türkiyənin “Fənərbaxça” və “Əczaçıbaşı” klubları da 1/3 finala yüksəliblər.
Mərhələ adlayanlar arasında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Volero” da var. Onlar “Kann”ı hər 2 matçda üstələyiblər.
Çempionlar Liqası
I pley-off mərhələsi, ilk oyunlar
“Vakıfbank” (Türkiyə) - “Dinamo” (Rusiya, Kazan) - 3:0 (25:22, 25:21, 25:14)
İlk oyun: “Dinamo” (Rusiya, Kazan) - “Vakıfbank” (Türkiyə) - 2:3 (26:24, 21:25, 20:25, 27:25, 7:15)
“Fənərbaxça” (Türkiyə) – “Drezdner” (Almaniya) - 2:3 (26:24, 24:26, 19:25, 25:18, 13:15)
İlk oyun: “Drezdner” (Almaniya) - “Fənərbaxça” (Türkiyə) – 0:3 (23:25, 15:25, 15:25)
“Volero” (İsveçrə) – “Kann” (Fransa) - 3:1 (25:14, 25:20, 25:27, 27:25)
İlk oyun: “Kann” (Fransa) - “Volero” (İsveçrə) – 2:3 (25:21, 9:25, 25:16, 17:25, 5:15)
“Əczaçıbaşı” (Türkiyə) - “Agel” (Çexiya) - 3:0 (25:14, 25:14, 25:19)
İlk oyun: “Agel” (Çexiya) - “Əczaçıbaşı” (Türkiyə) - 1:3 (25:18, 15:25, 14:25, 21:25)
“Yamamay” (İtaliya) – “Azəryol” (Azərbaycan) - 2:3 (14:25, 26:24, 20:25, 25:18, 10:15)
İlk oyun: “Azəryol” (Azərbaycan) - “Yamamay” (İtaliya) – 1:3 (24:26, 21:25, 25:19, 14:25)
“Dinamo” (Rusiya, Moskva) – “Pyaçentsa” (İtaliya) - 3:0 (25:20, 25:16, 25:15)
İlk oyun: “Pyaçentsa” (İtaliya) - “Dinamo” (Rusiya, Moskva) – 0:3 (27:29, 18:25, 23:25)
1/3 final
“Vakıfbank” (Türkiyə) - “Fənərbaxça” (Türkiyə)
“Əczaçıbaşı” (Türkiyə) - “Volero” (İsveçrə)
“Yamamay” (İtaliya) - “Dinamo” (Rusiya, Moskva)
Qeyd edək ki, “Dördlər finalı”nın ev sahibi olan “Ximik” yarımfinalda rəqiblərini gözləyir.