[b]Çimərlik voleybolunda növbəti medal[/b]
18.05.2015 - 13:38
[b]Çimərlik voleybolunda növbəti medal[/b]

Çimərlik voleybolu üzrə Azərbaycan millisi növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) “Tour-2015” çempionatına mükafatla başlayan komandamız bu dəfə də fəxri kürsüdə yer almağı bacarıb.

 

Belə ki, Vivyan Kunya/Zinaida Lyubimovadan ibarət cütlüyümüz Çexiya, Braziliya və Belarusda baş tutan yarışların ardınca Litvanın paytaxtı Vilnüsdə keçirilən turniri ikinci yerdə başa vurub. Finala kimi dünya və Olimpiya çempionlarını mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici matçda Yuliya Abalakina/Kseniya Dabica (Rusiya) cütlüyü ilə üz-üzə gəlib və 1:2 (17:21; 21:15; 9:15) hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, bu turnirlər komandalarımız üçün Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır.