Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin son turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq XV tura “Azərreyl” - “Telekom” matçı ilə start veriləcək.
Autsayderlərin duelinin kifayət qədər gərgin alınacağı gözləniləndi. Çünki ilk 2 dövrədə hərəyə 3 xal qazanıb, 3 xal itirən klubların mübarizəsində qalib gələcək komanda sonuncu pilləni müvəqqəti də olsa, rəqibinə “hədiyyə” edəcək.
Əsasən perspektivli gənclərə üstünlük verən “Telekom” mövqeyini qorumağa çalışacaq. Komanda istənilən hesablı qələbə sayəsində bu arzusunu həyata keçirəcək. Lakin “Azərreyl”in də təcrübəsi köməyinə çata bilər və bunun üçün onlar 1 pillə irəliləmək imkanına da malikdi. “Dəmiryolçular” həm də “Telekom”u doğma məkanda qəbul edəcəyindən xal itirməməyə çalışacaqlar.
Günə və tura – “Rabitə” – “Azəryol” derbisi ilə yekun vurulacaq. Əzəli rəqiblər oyuna yeni baş məşqçi və yeni taktika ilə çıxacaqlar. Çünki baş məşqçi postunu Zoran Qayiçə etibar etdikdən sonra məğlubiyyət acısı yaşamayan Azərbaycan çempionunun ən azı ilk dövrədəki uğurunu təkrarlayacağı proqnozlaşdırılır. Hazırda yaxşı formada olan “Rabitə” qələbə sayəsində IV dövrəyə də lider kimi başlamaq arzusundadı. Bu, həmçinin avrokubokda – CEV kubokunda çıxışını davam etdirən yeganə Bakı təmsilçisi üçün “Beziers”lə (Fransa) oyun öncəsi əlavə stimul olacaq.
Lakin “Azəryol” da “Rabitə” qədər iddialıdı. Çünki Super Liqanın gümüş medalçısının “sükanı” arxasına Jeremi Estes keçdikdən sonra komandanın oyununda ciddi dönüş yaranıb. “Azəryol”un son matçlarda inamlı qələbələri onların uğurlarını davam etdirəcəyindən xəbər verir. Bu səbəbdən qarşılaşmanın ilk 2 dövrə ilə müqayisədə daha gərgin keçəcəyi və hər 2 klubun xal itirməməyə çalışacağı gözləniləndi. “Azəryol” qalib gələrsə, dövrəni ilk pillədə başa vuracaq. Həmçinin, onların ehtiyatda “Lokomotiv”lə XI turdan təxirə salınan bir görüşü də var.
25 fevral
XV tur
16:00. “Azərreyl” – “Telekom”
Voleybol Mərkəzi
I dövrə: “Azərreyl” – “Telekom” - 2:3 (20:25; 25:27; 25:23; 25:18; 11:15)
II dövrə: “Telekom” – “Azərreyl” - 2:3 (20:25; 25:19; 25:22, 18:25; 11:15)
18:00. “Rabitə” – “Azəryol”
“Gənclik” Olimpiya Kompleksi
I dövrə: “Rabitə” – “Azəryol” - 3:2 (25:23, 25:27, 23:25, 25:18, 15:12)
II dövrə: “Azəryol” – “Rabitə” - 3:1 (25:23; 20:25; 25:21; 25:22)
|
Yer |
Komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S |
T |
X |
|
1. |
Rabitə |
11 |
9 |
2 |
7 |
1 |
1 |
1 |
1 |
0 |
30-9 |
934-757 |
27 |
|
2. |
Azəryol |
10 |
8 |
2 |
4 |
3 |
1 |
2 |
0 |
0 |
28-11 |
908-808 |
25 |
|
3. |
Lokomotiv |
11 |
8 |
3 |
4 |
2 |
2 |
1 |
1 |
1 |
27-15 |
1005-828 |
23 |
|
4. |
Telekom |
11 |
1 |
10 |
0 |
0 |
1 |
1 |
3 |
6 |
8-32 |
787-967 |
3 |
|
5. |
Azərreyl |
11 |
1 |
10 |
0 |
0 |
1 |
1 |
1 |
8 |
6-32 |
720-905 |
3 |