Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Faiq Qarayev Avropa Liqasında 14 oyunçu ilə mübarizə aparmağı qərara alıb.
Təcrübəli mütəxəssis son anda 12 voleybolçudan imtina edib. Hazırda İsraildə təlim-məşq toplanışında olan komandamızın heyətinə Yana Əzimova, Anita Bredis, Anastasiya Muzika, Yelena Parxomenko, Kseniya Pavlenko, Anastasiya Bessonova, Leysan Lvovkina, Nərminə Musayeva, Nelli Salbişvili, Yelizaveta Səmədova, Yuliya Kərimova və Leyla Parşkova daxil edilməyib. Əvəzində daha təcrübəlilər və hazırda formada olanlar Avropa Liqasında oynamaq şansı qazanıblar.
Toppaylayıcılar: 18. Şəfaqət Həbibova, 14. Kristina Yaqubova
Blokçular: 15. Aynur Kərimova, 7. Olena Həsənova, 2. Kseniya Poznyak
Hücumçular: 10. Yana Kulan (Ağayeva), 17. Polina Rəhimova, 5. Odina Bayramova, 20. Marqarita Əzizova, 3. Anastasiya Qurbanova, 11. Yekaterina Jidkova
Liberolar: 1. Ceyran Əliyeva, 12. Valeriya Məmmədova, 16. Oksana Kselyova
Qeyd edək ki, iyunun 3-də start götürəcək yarışda Azərbaycan Fransa, Monteneqro və İspaniya ilə birgə B qrupunda yer alıb.