[b]Həmyerlimiz Gürcüstan – İsrail oyununda hakimlik edəcək[/b]
30.05.2018 - 14:33
[b]Həmyerlimiz Gürcüstan – İsrail oyununda hakimlik edəcək[/b]

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Zaur Hacıyevə növbəti dəfə dəvət göndərib. Apasport.az saytının məlumatına görə, beynəlxalq dərəcəli referi qadın voleybolçular arasında keçirilən Gümüş Avropa Liqasında iş başında olacaq.

 

Hacıyev B qrupunun V turu çərçivəsində baş tutacaq Gürcüstan – İsrail oyununda ədaləti qoruyacaq. Təmsilçimiz ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın əsas hakimi isə türkiyəli İlhami Şenyurt olacaq.

 

Qeyd edək ki, oyun aprelin 2-də keçiriləcək.

0