İtaliyanın “Yamamay” voleybol klubunun baş məşqçisi Karlo Parisi Çempionlar Liqasının I pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Azəryol”la keçirəcəkləri qarşılaşma öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis ehtiyatlı danışıb.
Busto Arsizo təmsilçisinin çalışdırıcısı bildirib ki, ilk görüşdə 3:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, sabah təşkil olunacaq cavab matçında “Azəryol”un sürpriz etməsi mümkündü: “Azəryol”la oyun bizim keçirdiyimiz ən çətin oyunlardan biri olacaq. Rəqibə gücünü unutmamalı, ona yuxarıdan-aşağı baxmamalıyıq. Meydana yalnız qələbə üçün çıxacağıq. Başqa hansısa nəticə bizi qane edə bilməz”.