[b]Lebron Ceyms Maykl Cordanı geridə qoydu[/b]
26.04.2018 - 13:25
[b]Lebron Ceyms Maykl Cordanı geridə qoydu[/b]

“Klivlend Kavalyers”in forvardı Lebron Ceyms “İndiana Peysers”lə oynanılan görüşün son saniyələrində atdığı basketlə komandasına 98:95 hesabı ilə qələbə qazandırıb. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, bu, ulduz basketbolçunun karyerası ərzində pley-offda etdiyi 4-cü bazzer-biterdi.

 

Beləliklə, Lebron Ceyms bu göstərici üzrə əfsanəvi Maykl Cordanı (3 bazzer-biter) qabaqlayıb.

 

Həmçinin, 33 yaşlı basketbolçu pley-off matçlarının son 5 saniyəsində komandasını hesabda irəli daşımaq naminə atdığı basketlərin sayına görə də Cordanı keçib. Lebron 13 belə cəhddən 6-nı reallaşdırıbsa, Mayklın göstəricisi 11-də 5-di.

0