[b]Millimizin hücumçusu Türkiyə ilə vidalaşıb, Asiyaya üz tutur[/b]
30.05.2018 - 12:37
[b]Millimizin hücumçusu Türkiyə ilə vidalaşıb, Asiyaya üz tutur[/b]

Azərbaycan millisinin voleybolçusu Yana Kulan Türkiyənin “Beylikdüzü” klubu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu müqaviləsi başa çatdığından yeni iş yeri axtarışındadı.

 

Artıq bir sıra təklifləri nəzərdən keçirən Kulan son qərarını bir neçə günə açıqlayacaq. Voleybolçumuzun yenidən Asiya “səyahətinə” çıxacağı bildirilir. O, hazırda 2 ölkə arasında seçim edir. Yananın 2018/2019 mövsümünü Çində yaxud Yaponiyada çıxış edəcəyi dəqiqdi. Lakin təmsilçimiz seçim etməyə tələsmir.

 

Qeyd edək ki, Kulan Asiyada Cənubi Koreya və Çin çempionatlarında oynayıb. O, 2016-cı ildən Türkiyə Sultanlar Liqasında mübarizə aparırdı.

 

 

0