[b]Natalya Məmmədova bu dəfə “gümüş” qazandı[/b]
23.04.2018 - 10:10
[b]Natalya Məmmədova bu dəfə “gümüş” qazandı[/b]

Qadın voleybolçular arasında Rusiya Superliqasında final mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su həlledici görüşdə Moskva “Dinamo”su ilə bacarmayıb.

 

Belə ki, Tatarıstanda ilk 2 görüşü uduzan komanda paytaxtda baş tutan üçüncü qarşılaşmada da məğlubiyyətə üzülüb. Kazanlılar 2:3 hesabı ilə uduzublar. Hücumçumuz oyunda 1 xal yığıb.

 

Beləliklə, Rusiya kubokunun sahibi olan Məmmədovanın komandası mövsümdə “qızıl dubl” edə bilməyib. Onlar gümüş medalla kifayətləniblər. Moskva “Dinamo”sunun çempion olduğu Super Liqada üçüncü yeri isə “Uraloçka” tutub. Nikolay Karpolun komandası “Yenisey”dən güclü olmaqla, Çempionlar Liqasında vəsiqə qazanıblar.

 

Qeyd edək ki, Natalya bunadək Rusiya çempionatında 3 dəfə bürünc medala yiyələnmişdi. O, 2010-da Krasnodar “Dinamo”su, 2013-cü və 2014-cü ildə “Omiçka” ilə fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

0