Bu gün qadın voleybolçular arasından Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, XVII turun təxirə salınan matçında “Rabitə” “Telekom”u sınağa çəkib.
Zoran Qayiçin yetirmələrinin ehtiyat qüvvəsini ilk 3 dövrədəki kimi asanlıqla məğlub edib – 3:0. Bu qələbə ilə lider izləyiciləri ilə xal fərqini daha da artırıb.
Qeyd edək ki, bu matç, “Rabitə” üçün CEV kubokunun yarımfinalı çərçivəsində Krasnodar “Dinamo”su ilə oyun öncəsi hazırlıq xarakteri daşıyırdı. “Rabitə” “Dinamo” ilə ilk qarşılaşmasına martın 24-də çıxacaq.
XVII turun təxirə salınan oyunu
20 mart
“Rabitə” – “Telekom” – 3:0 (25:13, 25:18, 25:12)
“Gənclik” Olimpiya İdman Kompleksi
İlk dövrə: “Telekom” - “Rabitə” - 0:3 (15:25, 24:26, 15:25)
İkinci dövrə: “Rabitə” – “Telekom” - 3:0 (25:20, 25:22, 25:20)
Üçüncü dövrə: “Telekom” – “Rabitə” - 0:3 (12:25, 15:25, 22:25)
|
Yer |
Komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S |
T |
X |
|
1. |
Rabitə |
15 |
13 |
2 |
9 |
3 |
1 |
1 |
1 |
0 |
42-11 |
1272-1034 |
39 |
|
2. |
Lokomotiv |
15 |
11 |
4 |
5 |
4 |
2 |
1 |
1 |
2 |
36-20 |
1274-1226 |
32 |
|
3. |
Azəryol |
15 |
9 |
6 |
5 |
3 |
1 |
3 |
2 |
1 |
35-23 |
1303-1201 |
29 |
|
4. |
Azərreyl |
15 |
3 |
12 |
0 |
1 |
2 |
1 |
3 |
8 |
14-42 |
1097-1291 |
8 |
|
5. |
Telekom |
14 |
1 |
13 |
0 |
0 |
1 |
1 |
4 |
8 |
9-41 |
979-1209 |
3 |