[b]Paytaxt klubunda yeni transfer[/b]
28.05.2018 - 19:40
[b]Paytaxt klubunda yeni transfer[/b]

“Roma” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, A seriyasında mövsümü 3-cü pillədə başa vuran paytaxt klubu artıq ilk keçidini rəsmiləşdirib.

 

“Canavarlar” Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi Ante Çoriçi transfer edib. Onunla 5 illik müqavilə imzalanıb. Bu transfer qarşılığında xorvatlara 6 milyon avro ödəniləcək.

 

Qeyd edək ki, ötən mövsüm Xorvatiya çempionatında 21 oyuna çıxan Çoriç 3 qola imza atıb.

0