[b]Revanşın əsas qəhrəmanı Jidkova oldu[/b]
30.05.2018 - 20:15
[b]Revanşın əsas qəhrəmanı Jidkova oldu[/b]

Qızıl Avropa Liqasının IV turunun Azərbaycan – Bolqarıstan matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən revanş matçı 106 dəqiqə davam edib.

 

Millimizin 3:1 (25:20, 23:25, 25:21, 25:21) hesabı ilə qalib gəldiyi matçın ən yaxşısı Katerina Jidkova olub. Milli üzvü qələbəyə 20 xalla töhvə verib.

 

Onu komanda yoldaşı Yelizaveta Səmədova izləyib – 18 xal.

 

“Katya” ən çox hücum xalı toplayan voleybolçu kimi də fərqlənib. Jidkova rəqibi 17 dəfə hücumda məyus edib.

 

Matçın ən yaxşı qəbuledicisi Yelizaveta Səmədova (45%), ən yaxşı blokçusu isə Olena Həsənova olub (8 blok).

 

Bolqarıstanın heyətində Gerqana Dmitrova 17 xalla komandasının ən məhsuldar oyunçusu olub.

 

Qeyd edək ki, 4 oyundan sonra 3 qələbə qazanan millimizi 9 xalla qrupda 2-ci pillədə qərarlaşıb.

0