[b]Təxirə salınan oyun yenə baş tutmayacaq[/b]
20.02.2015 - 11:11
Qadın voleybolçular arasında III dövrənin təxirə salınmış oyunu növbəti dəfə təxirə salınıb. Apasport.az saytının məlumatına görə, XI turda oynanılmayan “Azəryol” – “Lokomotiv” matçı planlaşdırılan vaxtda keçirilməyəcək.
Belə ki, qarşılaşmanın fevralın 22-də, saat 16:00-da təşkil olunması nəzərdə tutulsa da, oyun qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Buna “Azəryol”un hava şəraiti ilə bağlı İtaliyadan geri qayıda bilməməsi səbəb olub.
0
0