[b]Türkiyə millisi Azərbaycana yeni baş məşqçi ilə gələcək[/b]
31.03.2015 - 08:11
Qadın voleybolçulardan ibarət Türkiyə millisi Azərbaycana yeni baş məşqçi ilə gələcək. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” Bakıda keçiriləcək I Avropa Oyunlarında Ferhat Akbaşın rəhbərliyi altında oynayacaq.
29 yaşlı çalışdırıcı bu postda italiyalı Massimo Barbolinini əvəzləyib. İlk sınağına Bakı-2015-də çıxacaq Akbaş bu təyinatdan qürur duyduğunu açıqlayıb.
Qeyd edək ki, türklər Avropa Oyunlarında Azərbaycan, İtaliya, Polşa, Belçika və Rumıniya ilə A qrupunda yer alıb.
0
0