[b]Yığmamız Fransaya yollanır[/b]
07.06.2016 - 09:35
Monteneqroda Avropa Liqasının I mərhələsində çıxış edən qadınlardan ibarət Azərbaycan millisi Sloveniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Mariborda 1 gün qaldıqdan sonra Fransaya yollanacaq.
Səfərdə məqsəd iyunun 10-da start götürəcək futbol üzrə Avropa çempionatını izləmək deyil, Renn şəhərində keçiriləcək qitə liqasının II mərhələsində iştirakdı. Bu oyunlar bitdikdən sonra onlar vətənə dönəcək.
Qeyd edək ki, Azərbaycan yığması Avropa Liqasında B qrupunda yer alıb və ilk görüşdə Monteneqro, Fransa və İspaniyaya qalib gəlib.
0
0