Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında “Novruz” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, ənənəvi keçirilən yarışda Azərbaycan millisi ilk qarşılaşmasında Qazaxıstanın “Kapşaqay” klubu ilə üz-üzə gəlib.
Görüş Elxan Əliyevin yetirmələrinin məğlubiyyəti ilə yekunlaşıb. Yarışa qatılan Özbəkistan millisi də yığmamızın taleyini yaşayıb. Onlar da Qazaxıstanın digər klubu – “Kaspi”yə uduzublar.
I tur
“Kapşaqay” (Qazaxıstan) – Azərbaycan – 80:69
“Kaspi” (Qazaxıstan) - Özbəkistan – 93:55
“Tulpar-SKİF” (Qırğızıstan) - “Universitet” (Özbəkistan) – 71:48
Qeyd edək ki, komandamız II turda “Universitet”lə oynayacaq.