[b]Yığmamızda yeni oyunçular[/b]
29.05.2018 - 13:14
[b]Yığmamızda yeni oyunçular[/b]

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Çelenc Trofi” üçün müəyyənləşən siyahıda yeni simalar da yer alıblar.

 

Belə ki, komandamıza rəhbərlik edəcək Vladimir Korotki Bosniya və Herseqovinada keçiriləcək yarışa Tatyana Reutskaya və Anastasiya Obuxovanın da adını daxil edib.

 

Komandamız ümumilikdə 2000-2001-ci il təvəllüdlü oyunçulardan qurulub. Korotki ev sahibləri, Böyük Britaniya və Lüksemburqla matçlarda Tatyana Reutskaya, Baniçiçək Cəfərli, Mehparə Əliyeva, Leyla İbrahimova, İnarə Rzayeva, Kamilə Bayramova, Günel Abdullayeva, Nigar Ağayeva, Leyla Yahyayeva, Yana Nəzərova, Anastasiya Obuxova və Lalə Hüseynovaya güvənəcək.

0