[b]Yığmamızın hücumçusu Türkiyə kubokundan kənarlaşdırıldı[/b]
27.02.2015 - 09:27
[b]Yığmamızın hücumçusu Türkiyə kubokundan kənarlaşdırıldı[/b]

Qadın voleybolçular arasında Türkiyə kubokunda “Dördlər finalı”nın iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinə cavab oyunlarından sonra Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Çanaqkala” klubu mübarizəni dayandırıb.

 

Onlar “Qalatasaray”la dueldən məğlub ayrılıblar. İlk matçda 0:3 hesabı ilə uduzan “Çanaqkala” ikinci görüşdə də qələbəyə həsrət qalıb - 1:3 (16:25, 14:25, 25:21, 15:25).

 

Ağayeva qarşılaşmada 12 xal toplayıb.