[b]Yığmamızın oyunçusu soyadını dəyişdi[/b]
31.05.2016 - 16:10
[b]Yığmamızın oyunçusu soyadını dəyişdi[/b]

Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva soyadını dəyişib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu bundan sonra meydan Yana Kulan kimi çıxacaq.

 

Buna səbəb milliləşdirilmiş slovakiyalının ailə qurmasıdı.

 

Qeyd edək ki, əsas komandamızda Oksana Məmmədyarovanın gedişindən sonra 10 nömrəli formanı geyinən Ağayeva Azərbaycan millisinə gələnə kimi (2012) Matiasovska soyadını daşıyıb.