Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, XVI tur çərçivəsində baş tutan matçda Azərbaycan millisinin oyunçuları da komandasının heyətində meydana çıxıblar.
Belə ki, Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” “İdman Ocağı”nın qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 (25:19, 25:17, 20:25, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb. Kulan məğlub olduqları görüşdə 14 xal toplayıb.
Kseniya Poznyakın çıxış etdiyi “Beşiktaş” da məğlubiyyətə üzülüb. Onlar evdə lider “Vakıfbank”a uduzublar – 0:3 (28:30, 12:25, 14:25). Blokçumuz matçda 5 xal yığıb.
Bu qarşılaşmalardan sonra “Çanakkale Bld” 27 xalla 5-ci, “Beşiktaş” 19 xalla 8-cidi.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq