Avropanın uğursuzları üz-üzə
30.01.2015 - 14:43
Avropanın uğursuzları üz-üzə

Sabah qadın voleybolçular arasında XII turun matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Azərreyl” “Lokomotiv”i sınağa çəkəcək.

 

Avrokubokla vidalaşan Teun Buijsin yetirmələri aşkar favoritdi. Çünki ilk 2 dövrədə “Lokomotiv”in asan qələbə qazanması bu dəfə də xal itirməyəcəyindən xəbər verir. Onlar uduzacaqları halda, liderlik şansını çətinə də salmış olacaqlar.

 

Lakin “Azərreyl”ə də xal qazanması mümkündü. Çünki hər məğlubiyyət Vüqar Əliyevin yetirmələrini “Dördlər finalı”ndan uzaqlaşdırır. Onlar qalib gələcəklər halda son pillədən də qaça bilərlər.

 

Bunun üçün isə 1 gün sonra “Telekom” “Rabitə”yə qalib gəlməməlidi. Düzdü, son illərin dəyişməz Azərbaycan çempionun xal itirməsi inandırıcı deyil. CEV kubokunda oynayacaq Dejan Brdjoviçin yetirmələri hələ set vermədikləri “Telekom”u tay-brekdə belə məğlub edəcəkləri halda liderliyi təhvil verə bilərlər.

 

Amma fasilədən məharətlə yararlanan Eldar Yusubovun yetirmələrinin ciddi müqavimət göstərəcəyi əvvəlcədən də proqnozlaşdırır.

 

 

Qeyd edək ki, bu tur “Azəryol” istirahət edəcək.  

 

31 yanvar

XII tur

16:00. “Azərreyl” - “Lokomotiv”

Voleybol Mərkəzi

I dövrə: “Azərreyl” - “Lokomotiv” - 1:3 (22:25; 21:25; 25:22; 22:25)

II dövrə: “Lokomotiv” - “Azərreyl” - 3:0 (25:19, 25:16, 25:16)

 

 

1 fevral

16:00. “Telekom” - “Rabitə”

“Gənclik” Olimpiya Kompleksi

I dövrə: “Telekom” - “Rabitə” - 0:3 (15:25, 24:26, 15:25)

II dövrə: “Rabitə” - “Telekom” - 3:0 (25:20, 25:22, 25:20)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

9

7

2

5

1

1

1

1

0

24-9

782-650

21

2.

Azəryol

8

6

2

3

2

1

2

0

0

22-10

736-665

19

3.

Lokomotiv

8

6

2

2

2

2

1

1

0

21-12

742-691

17

4.

Telekom

8

1

7

0

0

1

1

2

4

7-23

598-709

3

5.

Azərreyl

9

1

8

0

0

1

1

1

6

6-26

612-755

3