Azərbaycan çempionatının təqvimində dəyişikliklər edildi
19.03.2015 - 11:27
Azərbaycan çempionatının təqvimində dəyişikliklər edildi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti dəyişikliklər edilib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, XVII turdan təxirə salınan “Rabitə” – “Telekom” matçı nəzərdə tutulduğu vaxtda oynanılmayacaq.

 

Belə ki, avrokubokdakı yeganə təmsilçimiz ehtiyat qüvvəsini martın 21-də deyil, sabah sınağa çəkəcək. Həmçinin, XIX tur çərçivəsində martın 28-də baş tutmalı olan “Telekom” – “Azərreyl” oyunu 2 gün sonraya keçirilib.

 

Bu görüşlərlə yanaşı, IV dövrənin son qarşılaşmalarının təqvimi aşağıdakı kimi təsdiqlənib.

 

XVII turun təxirə salınan oyunu

20 mart

15:00. “Rabitə” – “Telekom”

“Gənclik” Olimpiya İdman Kompleksi

 

XIX tur

25 mart

16:00. “Telekom” – “Azəryol”

“Gənclik” Olimpiya İdman Kompleksi

 

XX tur

30 mart

16:00. “Telekom” – “Azərreyl”

“Gənclik” Olimpiya İdman Kompleksi

 

XIX tur

1 aprel

18:00. “Rabitə” – “Lokomotiv”

“Gənclik” Olimpiya İdman Kompleksi