Azərbaycanlı hakim Çempionlar Liqasının qalibinin oyununa təyinat aldı
03.02.2015 - 09:48
Avropa Voleybol Konfederasiyası azərbaycanlı beynəlxalq dərəcəli referi Eldar Əliyevə növbəti təyinat verib. Apasport.az saytının məlumatına görə, qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Dinamo” (Rusiya, Kazan) – “Vakıfbank” (Türkiyə) matçı həmyerlimizə həvalə edilib.
Yarışın son qalibinin ev sahibliyi edəcəyi görüşdə Əliyevə israilli Roy Qoren köməklik edəcək.
Qeyd edək ki, fevralın 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
0
0