Kişi basketbolçular arasında Azərbaycan çempionatında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, çempionatın oyunlarına ev sahibliyi edən "The Club Port Baku"da növbəti 4 matç baş tutub.
Turun yalnız bir oyununda tərəflərdən biri aşkar üstünlük qazanıb. Son illərin dəyişməz çempionu “Qala” yenə müqavimətsiz 2 xal əldə edib.
İkinci yerə iddialılar – AzTOP və NTD-nin oyununda isə sonuncular 9 xallıq fərqlə qalib gəlib. Digər iki qarşılaşma isə daha gərgin keçib. "Baku Oilers" - "Dərviş" qarşılaşmasında 2, autsayderlərin duelində isə 3 xal fərqi qeydə alınıb.
XI tur
"Qala" - "Bakı" – 113:50
BDU - "Araz"-Naxçıvan” – 56:59
"Baku Oilers" - "Dərviş" – 60:62
AzTOP - NTD – 85:94
|
1 |
Qala |
11 |
11 |
0 |
1239 - 463 |
22 |
|
2 |
AzTOP |
11 |
9 |
2 |
829 - 694 |
20 |
|
3 |
NTD |
11 |
7 |
4 |
762 - 715 |
18 |
|
4 |
Dərviş |
11 |
6 |
5 |
672 - 696 |
17 |
|
5 |
Bakı |
11 |
5 |
6 |
665 - 752 |
16 |
|
6 |
Baki Oilers |
11 |
3 |
8 |
619 - 822 |
14 |
|
7 |
Araz-Naxçıvan |
11 |
2 |
9 |
526 - 767 |
13 |
|
8 |
BDU |
11 |
1 |
10 |
514 - 917 |
12 |