FİFA-nın iclasının vaxtı bəlli oldu
12.06.2015 - 00:49
FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-də keçiriləcək. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat təşkilatın saytında dərc olunub.
Xəbərə görə, iclasda FİFA-nın yeni prezidentini seçəcək konqresin tarixi müəyyən ediləcək.
Xatırladaq ki, mayın 27-də Sürixdə korrupsiya qalmaqalı ilə bağlı FİFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs edilib.
İyunun 2-də FİFA prezidenti Yozef Blatter vəzifəsindən istefa verib.
0
0