Hücumçumuzdan 35 xal
20.03.2015 - 20:42
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova “Hyundai”nin heyətində Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçumuzun komandası pley-offun 1-ci oyununda “İBK Atlos”u sınağa çəkib.
Seul təmsilçisi bu gün baş tutan səfər qarşılaşmasında məğlub olub. Belə ki, meydan sahibləri 4 setdə qalib gəlib – 3:1 (25:14, 10:25; 25:23; 33:31).
Rəhimova komandasına 35 xal qazandırıb. 1 eysə nail olan təmsilçimiz blokda 3 xal əldə edib.
0
0