Sabah qadın voleybolçular arasında Azərbaycan çempionatında 1 qarşılaşma keçiriləcək. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Telekom” “Rabitə” ilə üz-üzə gələcək.
XII turdan təxirə salınan görüşdə son illərin dəyişməz ölkə çempionu aşkar favoritdi. Zoran Qayıçin gəlişindən sonra əsas rəqiblərindən “Lokomotiv” üzərində “quru hesablı” qələbə qazanan “Rabitə”nin “Telekom” qarşısında büdrəyəcəyi inandırıcı deyil. Həmçinin, qazanılacaq qələbə komandanı liderliyə yüksəldəcək.
Eldar Yusubovun yetirmələrinin də “Rabitə”yə ciddi müqavimət göstərəcəyi proqnozlaşdırılır. Çünki əldə olunacaq 1 xal “Telekom”un 4-cü pillədəki yerini möhkəmlədəcək və pley-off yolunda mühüm addım hesab ediləcək.
21 fevral
XII turun təxirə salınan oyunu
16:00. “Telekom” – “Rabitə”
“Gənclik” Olimpiya İdman Kompleksi
İlk dövrə: “Telekom” - “Rabitə” - 0:3 (15:25, 24:26, 15:25)
İkinci dövrə: “Rabitə” – “Telekom” - 3:0 (25:20, 25:22, 25:20)
|
Yer |
Komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S |
T |
X |
|
1. |
Azəryol |
10 |
8 |
2 |
4 |
3 |
1 |
2 |
0 |
0 |
28-11 |
908-808 |
25 |
|
2. |
Rabitə |
10 |
8 |
2 |
6 |
1 |
1 |
1 |
1 |
0 |
27-9 |
859-708 |
24 |
|
3. |
Lokomotiv |
11 |
8 |
3 |
4 |
2 |
2 |
1 |
1 |
1 |
27-15 |
1005-828 |
23 |
|
4. |
Telekom |
10 |
1 |
9 |
0 |
0 |
1 |
1 |
3 |
5 |
8-29 |
738-892 |
3 |
|
5. |
Azərreyl |
11 |
1 |
10 |
0 |
0 |
1 |
1 |
1 |
8 |
6-32 |
720-905 |
3 |