Millimiz Bişkekdə ilk "üçlük"dən kənarda
23.03.2015 - 01:32
Millimiz Bişkekdə ilk "üçlük"dən kənarda

Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında “Novruz” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk 3 oyunda 2 qələbə qazanan Azərbaycan millisi son matçına çıxıb.

 

Komandamız yekun görüşdə “Tulpar-SKİF”lə üz-üzə gəlib. 3-cü yerin taleyinə aydınlıq gətirən qarşılaşmada yığmamız ev sahiblərinə 73:81 hesabı ilə uduzub.

 

Qeyd edək ki, Elxan Əliyevin yetirmələri ötən il "Novruz kuboku"nu başları üzərinə qaldırmışdı.