Millimizdən əzmkar qələbə
07.05.2015 - 08:28
Millimizdən əzmkar qələbə

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarusla yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının pley-off mərhələsinin Slovakiya ilə qarşılaşmalarına və Bakıda baş tutacaq I Avropa Oyunlarına hazırlaşan yığmamız rəqibini Voleybol Mərkəzində sınağa çəkib.

 

Gərgin mübarizə şəraitində keçən duelin qalibi 5 setdə müəyyənləşib. Belə ki, oyunun taleyi tay-brekdə həll olunub.

 

İlk iki setdə məğlub olan komandamız oyunda dönüş yaratmağa müvəffəq olub. Əzmkar qələbəyə sevinən millimiz qonaqları 3:2 (23:25, 20:25, 25:22, 25:11, 15:9) hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Azərbaycan və Belarus milliləri mayın 8-də yenidən üz-üzə gələcək.