Qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində ikinci dövrənin ilk turu başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı B qrupunun son oyununda Fransa İspaniyanı sınağa çəkib.
Renndə baş tutan oyunda ev sahibləri çətinliklə də olsa, qələbə qazana biliblər. Bu qələbə onların 3-cü pillədəki yerlərini qorumaqları ilə nəticələnib.
II dövrə, Fransa
Fransa – İspaniya – 3:2 (25:23; 18:25; 22:25; 25:17; 15:11)
|
1 |
Azərbaycan |
4 |
4 |
0 |
12-1 |
324-248 |
12 |
|
2 |
Monteneqro |
4 |
2 |
2 |
6-8 |
299-299 |
5 |
|
3 |
Fransa |
4 |
1 |
3 |
7-11 |
364-379 |
4 |
|
4 |
İspaniya |
4 |
1 |
3 |
6-11 |
325-386 |
3 |
Qeyd edək ki, IV turda Monteneqro ilə üz-üzə gələn Azərbaycan yığması 3:0 hesabı ilə qalib gəlib.