Yığmamız Sloveniyanı darmadağın etdi
14.05.2015 - 10:13
Yığmamız Sloveniyanı darmadağın etdi

Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə qarşılaşmaya və Avropa Oyunlarına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarə Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Bakıda təlim-məşq toplanışında olan Sloveniya yığması ilə üz-üzə gəliblər.

 

Matç həmyerlilərimizin aşkar üstünlüyü şəraitində keçib. Komandamız rəqibinə 1 set belə güzəştə getmədən qələbə qazanıb – 3:0.

 

Qeyd edək ki, millimiz mayın 17-dək paytaxtımızda olacaq sloveniyalılarla daha 2 oyunda güclərini sınayacaq.