Qadın voleybolçular arasında İtaliya A seriyasında XVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” “Firenze”nin qonağı olub.
Qarşılaşmada ev sahiblərinin çətin qələbəsi ilə yekunlaşıb – 3:2 (25:19; 15:25; 25:15; 22:25; 15:13). Buna baxmayaraq, aktivinə 1 xal əlavə edən “Forli” son pillədən yaxa qurtarıb. Xallarının sayını 5-ə çatdıran komanda 11-ci yerə yüksəlib.
Çempionlar Liqasında “Azəryol”un rəqibi olan “Yamamay” da tay-brekdə qalib gəlib. Onlar “Konegliano”dan üstün olublar – 3:2 (25:19; 20:25; 26:24; 22:25; 15:13).
Bu qələbə “Yamamay”ın 6-cı pillədəki yerini qoruması ilə nəticələnib. Rəqibimiz 28 xala malikdi.