Zədələrdən “başı açılmayan” futbolçu “Arsenal”ı tərk etdi
10.06.2015 - 18:40
Londonun “Arsenal” klubunun yarımmüdafiəçisi Abu Diabi komandadan ayrılıb. Apasport.az saytının “İndependent”ə istinadən məlumatına görə, fransız futbolçu zədələrdən heç cür qurtula bilmədiyi üçün bu addımı atıb.
2006-cı ildən “topçular”ın şərəfini qoruyan Diabi bu bu müddətdə cəmi 180 oyunda meydana çıxıb.
9 il ərzində təxminən 40-a qədər müxtəlif dərəcəli zədələrdən əziyyət çəkən futbolçu, bu mövsüm də zədə səbəbindən cəmi 1 oyunda forma geyinə bilib.
Onun karyerasını harda, necə davam etdirəcəyi barədə məlumat verilmir.
0
0