“Rabitə”nin baş məşqçisi Zoran Qayiç sələfi Eldar Yusubovun rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis Super Liqanın ikiqat qalibi olan çalışdırıcı kimi tarixə düşüb.
2011/2012 mövsümündə də “Rabitə”ni qızıl medallara daşıyan Olimpiya çempionu 3 ildən sonra yenə eyni uğuru təkrarlayıb. Bununla da o, 2008/2009 və 2013/2014 mövsümlərində “Rabitə”ni çempion edən Eldar Yusubova çatıb.
Yalnız “Rabitə”nin birinci olduğu Super Liqa yarışlarında isə paytaxt təmsilçisini daha 4 məşqçi titula daşıyıb. Marçello Abbondanza 2012/2013, Dejan Brdjoviç 2010/2011, Draqutin Baltiç 2009/2010 və Nurlan Sadikov 2007/2008 mövsümündə Bakı təmsilçisini fəxri kürsünün ən yüksək pilləsinə qaldırıb.
Qeyd edək ki, Qayiçin Super Liqanın XIII turu ərəfəsində baş məşqçi postunda Dejan Brdjoviçi əvəzləməsindən sonra “Rabitə” ölkə çempionatında məğlubiyyət acısı yaşamayıb.
“Rabitə”nin çempion olduğu illərdə məşqçiləri
|
2007/2008 |
Nurlan Sadikov |
|
2008/2009 |
Eldar Yusubov (mövsümün gedişində Yuri Loktevi əvəzləyib) |
|
2009/2010 |
Dragutin Baltiç (Çeslav Tobolski) |
|
2010/2011 |
Dejan Brdjoviç |
|
2011/2012 |
Zoran Qayiç |
|
2012/2013 |
Marcello Abbondanza |
|
2013/2014 |
Eldar Yusubov (Ancolino Friqoni) |
|
2014/2015 |
Zoran Qayiç (Dejan Brdjoviç) |