[b]Yığmamız İsveçrəyə qalib gəldi[/b]
26.07.2018 - 09:39
[b]Yığmamız İsveçrəyə qalib gəldi[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ikinci heyəti Bakıda hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, komandamız təlim-məşq toplantısı çərçivəsində paytaxtımızda qonaq olan İsveçrə yığması ilə yoxlama matçları keçirib.

 

Voleybol Mərkəzində baş tutan hər 2 qarşılaşmada təmsilçimiz 3:1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, iyulun 23-dən Bakıda hazırlıq keçən isveçrəlilər 2 gün sonra ölkəmizi tərk edəcəklər.

0